Müğənni Lətifə Soyuöz “Səni məndən alan dünya” adlı yeni mahnısını təqdim edib

Müğənni Lətifə Soyuöz "Səni məndən alan dünya” adlı yeni mahnısını təqdim edib. sabahinfo.az-ın məlumatına görə, bəstənin sözləri Azər Şirinə, musiqisi Vüqar Hüseynova məxsusdur. Mahnının aranjimanını Yaşar Baxış edib. Yeni işindən danışan L.Soyuöz təəssüratlarını bölüşüb: "Çox həyəcanlıyam, nəhayət, uzun müddətdir gözlədiyim mahnı işıq üzü gördü. Bu işdə mənə məktəb və sənət yoldaşım Yaşar Yusub dəstək oldu. Bek-vokal işini o etdi. İlk dəfədir mahnını arabesk janrı ilə sintez edirik. Düşünürəm ki, yaxşı alınıb”.