Nardaranlı ağsaqqalım ev dustaqlığı uzadılıb

Nardaran ağsaqqalı Natiq Kərimovun ev dustaqlığının müddəti uzadılıb.

 

Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Eyyub Ələkbərov məlumat verib.

O bildirib ki, eyni zamanda N.Kərimovun istintaq müddəti də uzadılıb.

 

"Səbail rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə onun barəsindəki qətimkan tədbirinin və cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 6-dək uzadıb”.  

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi,  dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.