Hindistan polisi Bxopal şəhərindəki həbsxanadan qaçan 8 məhkumu güllələyib.sabahinhfo.az xarici mediaya istinadən xəbər verir ki, qaçanlar Hindistanda 1977-ci ildə yaradılan və fəaliyyəti qadağan olunan Tələbə İslam Hərəkatının fəalları olublar.
Onlar mühafizəçinin boğazını kəsərək mələfə ilə həbsxananın divarından aşaraq qaçmışdılar. Məlumatda qeyd edilir ki, qaçanlarda üçü 3 il əvvəl tunel vasitəsilə başqa həbsxanadan da qaçıblar.
Hakimiyyət bu hərəkatı bir neçə partlayışda şübhəli hesab edir. Tələbə İslam Hərəkatı 2003-cü ildə Mumbaidəki terror aktında da ittiham olunur. O zaman 50 nəfərdən çox adam ölüb. Qruplaşma isə bu hücumla bağlı olduğunu təkzib edir.