Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ” - "Atletiko" (Madrid) matçının hakimləri müəyyənləşib.
Sabahinfo.az xəbər verir ki, UEFA-nın saytında oyunu Fransadan olan hakimlər briqadasının idarə edəcəyi qeyd edilib.
Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.
"Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq