Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.
İsveçdə "Höteborq” klubu ilə qarşılaşan "Qarabağ” meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib.
Oyunun yeganə qolunu 56-cı dəqiqədə "Höteborq” in oyunçusu Mads Albaek vurub.
Oyunun baş hakimi Pavel Raçkovski olub