Rusiyada it əti yeyənlərin sayı artır

Rusiyada it ətindən qida kimi istifadə edənlərin və trixinellyoza yoluxanların sayı artır. sabahinfo.az  Rusiya mediasına istinadən bildirir ki, bu haqda iyunun 28-də istehlak nəzarəti qurumu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2013-2015-ci illərdə ölkədə it ətindən istifadəyə görə, 100-dən çox trixinellyoza yoluxma müəyyən edilib.

Digər məlumata görə, Rusiyada hər il 30-dan 200-ə qədər bu cür xəstəliyə yoluxma – daha çox Sibir və Uzaq Şərq federal dairələrində - qeydə alınır.

Statistikaya görə, yoluxanların 43 faizi ev heyvanlarının, 30 faizi vəhşi heyvanların, 27 faizi küçə itlərinin ətindən istifadə edənlərdir.

İyunun 28-də İrkutsk vilayətinin Usolye-Sibirdə ayı əti qəbul edən 18 nəfər zəhərlənib.

Trixinellyoz təhlükəli parazit xəstəliyidir. Hərarətlə, əzələ ağrılarıyla, şişlə, dəri dağıntıları ilə, bağırsaq pozuntusu ilə müşayiət olunur.