Ulduz müharibələri filmində şahzadə Lei obrazını canlandıran Kerri Fişer 60 yaşında vəfat edib.
sabahinfo.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, aktrisanın ölümü barədə məlumatı onun ailəsi təsdiqləyib.
"Onu bütün dünya sevirdi, onun yerini heç kim verə bilməyəcək”, - Fişerin qızı Billi Laurd deyib.
Qeyd edək ki, Fişer dekabrın 24-də ürək tutmasından sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.