Novosibirskdə seçininin səsini 3 litr pivə verib alıblar. sabahinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Novosibirsk vilayəti seçki komitəsinin sədri Olqa Blaqonun sözlərinə görə, hüquq-mühafizə orqanları Oktyabr rayonunda seçicinin səsinin pivə ilə alınması haqda informasiyanı yoxlayır.
İlkin məlumata görə, müəyyən edilib ki, 5 nəfər həqiqətən 3 litr pivə alıb, ancaq onların əvəzində nə etdikləri hələ ki aydınlaşdırılmayıb.
Üç saata yaxındır Novosibirsk vilayətindəki seçki məntəqələri bağlanıb və Sibir regionunda bu vilayət seçici fəallığına görə ən aşağı səviyyədə olub. Orada seçicilərin 29,35 faizi səsverməyə gəlib.
Bu gün Rusiyada Dövlət Dumasına seçikilər keçirilir.