Sevda Yahyayeva Nigar Camalın səhvini düzəltdi

Müğənni Sevda Yahyayevanın 'Hadi ordan' adlı mahnısının düzənləmə işlərinin Amerikada etdirməsi əməlli başlı qalmaqala səbəb olub. sabahinfo.az-ın məlumatına görə, Sevdanın mügənni həmkarı Nigar Camal mediaya açıqlamasında bildirib ki, Amerikada yaşayan aranjemançı bizim mahnıları heç vaxt başa düşə bilməz.

Bu mənada Sevdanın Amerikada mahnı düzənləndirməsi absurd görünür. O həmçinin yerli şou-bizness nümayəndələrinin türkcə mahnı yazdırmalarını da tənqid edib. Mügənninin bu çıxışına Sevdanın cavabı da özünü çox gözlətmədi.

Nigarla heç bir ədavəti olmayan müğənni onun Şou-biznesdə özünə məxsusluğundan da danışdı.

"Ona sual düzgün verilməyib. Mahnı türk bəstəkarından alınıb və Türkiyədə aranjiman olunub. Düzənləmə, yəni masterinq işləri ABŞ-da olunub. Bu mənim türklərdən aldığım ilk mahnıdır. Nigar Camal maraqlı xanımdır. Gördüyü işlər də çox zövqlüdür. Mən o xanımın zövqünü bəyənirəm. Çalışır hər zaman keyfiyyətli işlər görsün. Bu da onda alınır", - deyə Sevda Yahyayevə həkarından ağızdolusu danışıb.   

Müğənni yaxın günlərdə heyranlarnı yeni layihələri ilə sevindirəcək.