Soso Pavliaşvilinin konsertində “Qarabağ! Qarabağ!” şüarları

Soso Pavliaşvilinin konserti bir saatdan da artıq gecikmə ilə başladı. 

sabahinfo.Az-ın məlumatına görə, bu barədə virtualaz.org-a hadisə yerində olan oxucular xəbər verib.

Müğənninin səhnəyə çıxmasına az qalmış bir qrup şəxs dava salıb və "Qarabağ! Qarabağ!” şüarları səsləndirib.

Sarayın təhlükəsizlik xidməti onları konsert zalından çıxarıb.

Qeyd etmək yerinə düşər ki, konsert zalında misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Polis konsertə gələnləri bir-bir diqqətlə yoxlayır. Zalda bir çox tanınmış şəxslər, o cümlədən iş adamı Araz Ağalarov da var.