Özbəkistana istiqmətlənən Pakistanın "Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi Loqar əyalətində qəza enişi edib.
sabahinfo.az-ın Dunya TV-yə istinadən məlumatına görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb.
Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir.
Pilotlar taliblər tərəfindən girov götürülüb.