Tanınmış azərbaycanlı müğənni mikroinfarkt keçirdi

Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib. Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb. O, yataqda fotosunu paylaşaraq "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər yəqin" deyə, qeyd edib.

 

Həkimlər N.Əzizbəyliyə mikroinfarkt diaqnozu qoyublar. Ev şəraitində müalicə alan müğənninin səhhəti hazırda yaxşıdır.