Tanınmış rejissorun vəziyyəti ağırlaşdı

Tanınmış rejissor, Muğam Teatrının keçmiş direktoru Arif Qazıyevin səhhəti pisləşib.
 
sabahinfo.Az-ın məlumatına görə, bu barədə sözügedən teatrın solisti olmuş rəqqasə Fatimə Fətəliyeva məlumat verib:
 
"Çox pis oldum ki, xəstəxanada yatırsınız. Sizi tezliklə gümrah görmək istərdim. Sizə yalnız gülmək yaraşır. Allah şəfa versin”.
 
Xatırladaq ki, A.Qazıyevin 78 yaşı var.