"İnsanlarımız təmas xəttində mərmi atəşindən psixoloji gərginlikdən əziyyət çəkirlər. Biz Milli Məclisin İnsan hüquqları komitəsi kimi bu məsələlərə də diqqət yetirməliyik”.
sabahinfo.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün iclasında çıxışı zamanı komitənin sədri Bahar Muradova söyləyib. Komitə sədri deyib ki, təmas xəttində psixoloji gərginlik keçirən insanların hüquqlarını beynəlxalq məhkəmələrdə qoruması üçün onlara dəstək vermək lazımdır.