“Tu-154”ün daha iki sərnişinin meyiti tapılıb

Dünən  qəzaya uğrayaraq Qara Dənizdə batan Rusiyaya məxsus "Tu-154” təyyarəsinin düşdüyü yerdə xilasediclər daha iki meyit tapıblar. sabahinfo.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, meyitləri daşıyan təyyarə artıq Moskvaya çatıb, burada genetik ekspertiza keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb. Təyyarənin "qara qutusu" tapılmayıb.

 

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.