Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanlarında da ciddi təhlükəsizlik tədbirləri görülür. Bu gün jurnalistlər qarşısına çıxan "Turkish airlines"-ın idarə heyətinin sədri İlker Aycı da bildirib ki, terror bu gün beynəlxalq birliyin ümumi problemidir: "Türkiyə bu problemə qarşı mübarizədə digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. "Turkish Airlines" sərnişin axınına görə Avropada ikinci sayılan Atatürk hava limanında təhlükəsizliyin artırılması üçün ciddi tədbirlər görüb”.