Türkiyədə ağır yol qəzasında 11 nəfər xəsarət alıb

Türkiyənin Qaziantep vilayətində ağır yol qəzası baş verib.

APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, Nurdağı-Qaziantep yolunda minik avtomobili mikroavtobusla toqquşub.
 
Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.  Qəza səbəbindən  bağlanılan yol bir müddət sonra açılıb.
 
Mikroavtobusdakı sərnişinlərin bayram ziyarətindən döndükləri bildirilir.