Kim necə geyinir, özü bilər.
Bu sözləri müğənni Xatirə İslam onun istirahət fotolarını ağır tənqid və təhqir edən izləyiciləri haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, həmin adamların şərəfsiz olduqlarını bildirib:
"Şəkil paylaşdıq, üzr istəyirəm, bəzi şərəfsizlər, ailəsinə, özünə hörmət etməyənlər gic-gic, təhqiredici sözlər yazdı. Siz onsuz da şərəfsizsiniz. Sizə baş qoşmaq olmaz. Kim necə geyinir, özü bilər. Kimin xoşu gəlmirsə, səhifəmdən çıxsın, məcbur saxlamamışam. Xoş sözlər yazanlara təşəkkür edirəm".