Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin dekabrın 26-da keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, bu günlərdə mətbuatda yayılan məlumata görə, Fransanın Evian-le Ba şəhərində yerləşən parkda Xurşudbanu Natəvanın irsinə qarşı təhqiramiz hərəkətlərin edildiyi məlumatları yayılır, orada olan yazıların silinməsi ilə bağlı məlumatlar var:
"Təəssüf edirik ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşudbanu Natəvana qarşı belə hərəkətlərə yol verir. İroniya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan YUNESKO təşkilatına ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır. Ümumiyyətlə, Fransanın irticaçı siyasətini ifşa edən, ona qarşı rıçaqlarımızı da işə salmalıyıq. Fransa axırıncı ölkədir ki, insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçsin".