Fransanın qərbində ekoloji fəallar əkin sahələrini suvarmaq üçün su anbarının tikintisinə qarşı keçirilən aksiyada polisə “Molotov kokteyli” atıblar.
Nəticədə 61 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Məlumata görə, toqquşmalar Yeni Akvitaniya bölgəsində baş verib. Orada səlahiyyətlilər sahələrin suvarılması üçün həcmi 650 min kubmetr olan nəhəng su ambarı tikmək qərarına gəliblər.
Bununla belə, yerli ekoloji fəallar ətraf mühitə ziyan vura biləcəyi üçün tikintiyə qarşı çıxıb və minlərlə insanın iştirak etdiyi nümayiş təşkil ediblər.