"Fransanın qarnına sancı dolub, min oyundan çıxır" - Fəzail İbrahimli

"Bu gün Azərbaycan dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib. Vitse-spiker bildirib ki, 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu:

"Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini, düşmən üzərində qələbəni yazdıq. Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq. Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötürmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq".