“Gələcək siyasi və iqtisadi perspektivlər baxımından bu, Azərbaycan iqtisadi diplomatiyasının böyük uğurudur”

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu yalnız qaz ixracı deyil, elektrik enerjisi ixracı üçün də birgə əməkdaşlığa mühüm yer ayırmışdır. 

Memorandumun 2-ci bölməsində (https://energy.ec.europa.eu/system/files/2022-07/MoU%20EU-AZ_final_clean.pdf) kifayət qədər maraqlı bir cümlə var:

- Sides also concur on the need to examine the development of electricity interconnections between the EU and Azerbaijan, including through the Black Sea and through the Nakhchivan Autonomous Republic of the Republic of Azerbaijan, and to discuss the potential cooperation for adaptation of electricity networks and exchanges to ENTSO-E standards.

Yəni, ixtisarla desək, “Tərəflər həmçinin Aİ ilə Azərbaycan arasında … Naxçıvan Muxtar Respublikası vasitəsilə elektrik enerjisi əlaqələrinin inkişafında həmfikirdirlər”

Bir neçə gün öncə Prezident cənab İlham Əliyev bu ilin 6 ayının yekunlarlna həsr olunmuş müşavirədə "Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik" fikrini bildirmişdi. 

Naxçıvan ərazisindən keçərək Avropaya ixrac oluna bilən elektrik Zəngəzur koridorundan keçir. Bu o deməkdir ki, Avropa İttifaqı bu memorandum ilə Zəngəzur Korudorunun işləməsi zərurətində Azərbaycanla həmfikirdir.

Gələcək siyasi və iqtisadi perspektivlər baxımından bu Azərbaycan iqtisadi diplomatiyasının böyük UĞURUDUR!

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili