Gəncə xəstəxanasındakı yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

 

10:17

Gəncədə yanğın hadisəsi baş verib.

Sabahinfo.az ​​​​​​-ın məlumatına görə, hadisə Abbas Səhhət adına xəstəxanada baş verib. Xəstəxanada anidən yanğın başlayıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.