Gənclər Günündə öz dəyərli vaxtını bizə ayıran Prezidentə təşəkkür edirəm

Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Ülvi Məmmədov da iştirak edib.

AZƏRTAC Ülvi Məmmədovun Gənclər Forumu ilə bağlı təəssüratlarını təqdim edir.

Gülüstan sarayında Prezidentimizin iştirakı ilə keçirilən Gənclər Forumunda yer aldığım üçün böyük fəxarət hissi keçirirəm. Bu cür əlamətdar tarixdə - Azərbaycan Gəncləri Gününün 25 illiyində Foruma dəvət edilən təqribən 200-ə yaxın gəncdən biri olmaq çox qürurverici idi. Prezident İlham Əliyev gənclərin suallarına səmimi və ətraflı cavab verərək bizi maraqlandıran mövzularda, o cümlədən təhsillə bağlı məsələlərdə tövsiyələrini çatdırdı. Gənclər Günündə bizimlə birgə olan və öz dəyərli vaxtını bizə ayıran Prezidentə təşəkkür edirəm.

Qeyd edək ki, hazırda Ülvi Məmmədov MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibatlıq ixtisasında ikinci kurs tələbəsidir. O, bir çox ölkələrdə təşkil edilən təhsil, təcrübə və mübadilə proqramlarında, eləcə də “Erasmus+” beynəlxalq mübadilə proqramında iştirak edib. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində Skaut və Bələdçilər Akademiyasından məzun olan Ülvi Məmmədov skaut fəaliyyəti ilə məşğuldur. Azərbaycan Skautlar Assosiasiyasının baş katibi vəzifəsində çalışan Ülvi Məmmədov bir sıra yerli və beynəlxalq layihələrin həyata keçirilməsinə rəhbərlik edib.