Gənclərin fəaliyyəti bundan sonra da azərbaycançılığa əsaslanacaqdır

Cəmiyyətin bütün sahələrində dinamik inkişaf gənclərin bilik səviyyəsindən, erudisiyası¬ya¬sından, vətənpərvərliyindən, milli mentalitetə hansı səviyyədə bələdliyindən və s. dən asılıdır. Ona görə də dahi şəxsiyyətlər gəncləri böyük qüvvə adlandırır. Bu qüvvə Azərbaycanda da bəşəri niyyətlərin gerçəkləşməsində olduqca mühüm amilə çevrilir.
XX əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsində, vüsət alma¬sın¬da, dünyəvi siyasətin diqqətinin Azərbaycana yönəldilməsində gənclərin fəallığı, siyasi pro¬ses¬lərə bələdliyi imperiyanın dayaqlarını titrətdi, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev gənclər siyasətinə də xüsusi diqqət yetirirdi. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dedi: “...Hey¬dər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”. Bu fikirlər bu günün gənclərinin dünyaduyumun daha da dərinləşməsində, milli mentalitetin daha əhatəli yaşadılmasında xüsusi əhəmiyyətə malik olacaqdır. Bu kəlamlar zaman anlamında tarixin dünənlərinə ehtiramdır, sabahlarına qayğının ifadəsidir.
Vətən müharibəsində gənclər qətiyyətlə döyüşdü, onlarla gənc Azərbaycan Respublika¬sı¬nın Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrə¬ma¬nı” adına, “Zə¬fər” və “Azərbaycan Bayrağı” ordenlərinə, müxtəlif medallara layiq görüldü.
Azərbaycanda “Gənclər Günü” həmişə böyük coşqu ilə qeyd olunur. Bu il “Gənclər Gü¬nü”nün təsis edilməsinin 25 illiyinə həsr olunan tədbir Zəfər ovqatıyla qeyd edildi. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışı böyük maraqla dinlənildi. Ölkə gəncləri bu çıxışın mahiyyətini gələcək fəaliyyət üçün proqram sənədi bilir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycanlı gənclər nəyə qadir olduğunu, Vətəni dərin məhəbbbətlə sevdiyini həmişə təsdiqləyib. Azərbaycan Respublikasının Prezidebti Cənab İlham Əliyev dedi: “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Dövlət başçıısı əmindir ki, Azərbaycanın daha nurlu sabahlarını bu günün gəncləri yaradacaqdır. Həm də Vətənin arzuladığı, istədiyi səviyyədə yaradacaqdır.
Bu günün gəncləri işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini Vətən müharibəsində qazanılan Zəfərin davamı bilir. Azərbaycan gəncliyi torpaqlarımızdan ermənili¬yin izlərini də təmizləməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan gəncliyinə inamı, etibarı, etimadı Azərbaycançılığa sevginin təzahürüdür. Bu sevgi böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu baxımdan gənclər siyasə¬ti¬nə, həyat, ömür fəlsəfəsinə sədaqətin davamıdır...
Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu cəmiyyətin həyatında mühüm hadisədir. Bu forum hər bir azərbaycanlı gəncinin düşüncələrində də, bundan sonrakı fəaliyyətində də mühüm məsuliyyət yaradacaqdır. Bu məsuliyyət bilavasitə bundan sonra da azərbaycançılığa əsaslanacaqdır...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı