"Gənclik Düşərgəsi"nə start verildi

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində "Gənclik Düşərgəsi"nə start verilib. 5 gün ərzində 50 nəfər gəncin iştirakı ilə müxtəlif istiqamətlər üzrə təşkil olunacaq düşərgənin ilk günü "Şəbəkələşmə günü" adında təşkil olunub. İstirahət Mərkəzi ilə tanış edilən və təlimatlandırılan iştirakçılar komandalara bölünüb və onlar üçün komanda tapşırıqları müəyyənləşdirilib. Açılış tədbirinin ardından intellektual oyun, komanda təqdimatları saatı və Xoş gəldin (Welcome party) parti təşkil olunub.