Gömrük əməkdaşı "Heydər zirvəsi"nə yürüşdə iştirak edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə müxtəlif dövlət və özəl qurumların bir qrup əməkdaşı dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi yürüşə Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Həsənov da qatılıb.

DGK əməkdaşı Samir Həsənov və digər qrup üzvləri Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə və sərt iqliminə baxmayaraq "Heydər zirvəsi"nə qalxaraq burada Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.