Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontovun 210 illik yubileyinə videoçarx hazırlandı  

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarx hazırlandı.  İnformasiya-resurs şöbəsinin əməkdaşı Günay Qululunun hazırladığı videoçarx görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontovun 210 illik yubileyinə həsr olunub. Videoçarxda M.Y.Lermontovun həyatı, yaradıcılığı haqqında məlumatlar verilib. Burada bildirilir ki, şair bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq yaradıcılığına dərin məhəbbət göstərmişdir.  Videoçarxda şairin kitabları nümayiş olunur, əsərlərini Azərbaycan dilinə tərcümə edən şairlər haqqında da məlumatlar verilir. Bildirilir ki, şairlərimizdən Əli Kərim, Əliağa Kürçaylı, İmran Seyidov M.Y.Lermontova şeirlər həsr etmişdilər. Burada həmçinin, M.Y.Lermontovun çəkdiyi şəkillər, onun xatirəsinə ucaldılmış abidələr nümayiş olunur. Videoçarxda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış publisist, politoloq Reyhan Mirzəzadənin M.Y.Lermontovun 210 illiyinə həsr etdiyi və kitabxanaya hədiyyə etdiyi “Qafqazın poetik abidəsi” monoqrafiyası və kitabın təqdimatı haqqında məlumat verilir.  Kitabxananın YouTube kanalında nümayiş olunan videoçarx aşağıdakı keçiddə verilib:  https://www.youtube.com/watch?v=YGAg2S5fc5Y