Göyçayda azyaşlını maşın vurub öldürdü

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində  hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.