1819-ci il aprelin 22-də alman kolonistləri adı Helenendorf olan indiki Göygöl şəhərinin əsasını qoyublar. 1930-cu ildə Göygöl rayonu yaradılıb. 1930-1938-ci illərdə rayonun adı Nərimanov, 2008-ci ilə qədər isə Xanlar olub. 2008-ci il aprelin 25-də Milli Məclis rayonun Göygöl adlandırılması barədə qərar qəbul edib.
Göygöl Azərbaycanın qərbində, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Göygöl rayonunun tərkibinə bir şəhər, 6 qəsəbə, 38 kənd daxildir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyə malik Gamışdağdır. Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var. Quşqara, Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir.
Təbiətin Göygölə bəxş elədiyi füsünkar gözəlliklərlə yanaşı rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, vətəndaşların sosial problemlərinin həlli istiqamətində atılan addımlar rayonun ümumi simasını dəyişib.
Cənab Prezident İlham Əliyev tərəfindən Göygöl rayonuna Elvin Paşayevin başçı təyin olunması yerli göygöllülərin sevincinə səbəb olub. Belə ki, bir müddətə qədər reayonda həyata keçirilən işlər rayon rəhbərliyində olan məmurlar tərəfindən kölgə altına alınırdısa, vətəndaşlara xidmətdə müəyyən problemlər var idisə Elvin Paşayevin Göygöl rayonuna rəhbərlik etdiyi qısa zamanda bu kimi problemlər artıq arxivə qovuşub.
Bir rayon ağsaqqalı kimi Elvin Paşayevin həm rayon vətəndaşları ilə səmimi görüş keçirməsi, onları dinləməsi. Həm Vətən Müharivbəsi şəhidi və qazi ailələrini diqqətdə saxlaması yönündə atdığı addımları təqdir edirəm.
Bildiyiniz kimi yaya aylarında Göygöl rayonuna ətraf regionlardan, Bakıdan və digər yerlərdən turistlər axın edir. Təbii ki, turistlərin rayonumuza gəlməyi müsbət haldır. Ancaq turistlərin təbiəti çirkləndirməsi, bunun fonunda göygöl rayonun ərazisində natəmizliyin yaranması diqqətdən kənarda qalmayıb. İcra hakimiyyətinin saytında bununla bağlı informasiya yerləşdirilib və həyata keçirilən işlər nəticəsində təmizlik işləri aparılıb.
Göygölün rəngarəng təbiəti, yaşıl meşələri, çayları, möhtəşəm dağları, gözoxşayan çəmənlikləri və gözəllikləri sözlə təsvir oluna bilməz. Təbiəti qorumaq, onun flora və faunasına can yandırmaq hər birimizin mənəvi dəyəri və borcudur.
Rayon ərazisindən axan Kürəkçay çayı ətrafındakı müşahidələr göstərir ki, çay Toğanalı və Çaykənd kəndlərinə istirahətə gələnlər tərəfindən çirkləndirilir. Bu isə nəticədə təbiətin flora və faunasının məhv olmasına gətirib çıxarır. Tullantıları aradan qaldırmaq məqsədi ilə Kürəkçay çayının Toğanalı kəndi ərazisindən keçən hissəsində təmizlik işləri aparılmışdır. Sizləri təmizliyə riayət etməklə təbiəti qorumağa çağırırıq.
Vətəndaşların sağlamlığı daim diqqət mərkəzində
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim personalıbaşda Vasif həkim olmaqla daim vətəndaşların sağlamlığı ilə bağlı mühüm addımlar atırlar. Vasif həkim və peşəkar həkim kontingenti istər CORONA virusla mübarizə istərsə də digər xəstəliklərlə bağlı vətəndaşların daim keçiyindədir.
Təhsilə diqqət
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 2021-2022–ci tədris ilinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşüb. Görüşdə həmçinin Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və aidiyyəti nümayəndələr iştirak ediblər.
Görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tələbə adını qazanan məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Dövlət qayğısının nəticəsi olaraq, bu il rayon məzunları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında ötən illərlə müqayisədə yüksək nəticələr göstəriblər.
Daha sonra Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Tələbə adını qazanmış şəxslər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Davamlı keçirilən səyyar qəbullar
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 06 sentyabr 2022-ci il tarixində Topalhəsənli kənd tam orta məktəbdə kənd sakinləri ilə səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib. Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənddaxili yolların təmiri, internet xətti çəkilişinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin yenilənməsi, yeni məktəb binasının tikilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Kənd təsərrüfatı uğurla inkişaf edir
Göygöl Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının rayon nümayəndəliklərinin iştirakı ilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların üzləşdiyi çətinliklərin dinlənməsi və təkliflərin müzakirəsi məqsədi ilə sahibkarlıq subyektləri ilə görüş keçirilib. Göygöl rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov Agentliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Agentlik Göygöl rayonunda üç aydır ki, fəaliyyət göstərir və bu müddət ərzində sahibkarlar tərəfindən Agentliyə 100-dən artıq müraciətlər daxil olub. Qaldırılan müraciətlərin hər birinə həssaslıqla yanaşılmış və onların həlli istiqamətində tədbirlər həyata keçirilib.
Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonda kənd təsərrüfatının inkişaf perspektivləri haqqında geniş və ətraflı məlumat verərək qeyd edib ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların problemlərinin həlli istiqamətində Agentliklə birlikdə dövlət dəstəyi mexanizmlərindən istifadə ediləcəyini sahibkarların nəzərinə çatdırıb. KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev də öz nitqində KOBİA-nın daim sahibkarların yanında olduğunu və onların mövcud problemlərinin həllində yaxından iştirak etdiyini bildirib.
Daha sonra sahibkarlar tərəfindən irəli sürülən təkliflər və qaldırdıqları problemlər Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov tərəfindən nəzarətə götürülərək, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Onu da bildirək ki, Göygöl rayonu üzrə 6366 hektar sahədən 19489,1 ton taxıl biçilmişdir. Biçilmiş məhsulun 12769,0 tonu buğda, 6710,1 tonu arpa, 10 tonu isə darı təşkil etmişdir. 3906 hektar sahədə payızlıq şum qaldırılmışdır. 274 hektar sahədən 2582,0 ton kartof, 330,7 hektar sahədən 3610,2 ton tərəvəz, 723,9 ton üzüm, 2794,0 ton isə meyvə və giləmeyvələr toplanmışdır. Məhsul yığımı davam edir.
Sonda rayon ağsaqqalı kimi onu demək istəyirəm ki, Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində biz göygöllülərin sosial, iqtisadi problemlə minimum səviyyədədir. Cənab başçı Elvin Paşayevin rayonumuza başçı təyin olunması ilə mövcud problemlər də qısa zamanda həll olunacaq. Ancaq uzun zaman rayonda yaşayan və faəliyyət göstərən vətəndaş kimi onu qeyd etmək istəyirəm ki, hələ də rayonumuzun inkişafınlı istəməyən, oturduğu kresloya başqa gözlərlə baxan məmurlar hələ də vəzifə başındadır. Bu məmurların vəzifədən uzaqlaşdıırlması istiqamətində atılacaq attım dövlətimizin və dövlətçiliyimizin inkişafına mühüm töhfələr verəcək.
Yusif Xancanov
Göygöl rayon ağsaqqalı