Göygöl vətəndaşları Vasif Əliyevin fəaliyyətindən razılıq edirlər

Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun və fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atılıb.

Səhiyyə sahəsində həyata keçirilən işlər region səhiyyə ocaqlarının inkişafına da mühüm təsir göstərib. Bu gün respublikanın istənilən rayonunda fəaliyyət göstərən tibb müəssisələrində yüksək ixtisaslı kadrlarla yanaşı, tibbi avadanlıqla təminat yüksək səviyyədədir. Bütün bunlara misal olaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasını göstərmək olar. Məlum olduğu kimi, ölkəmizdə koronavirus pandemiyası yayılan zaman prezident İlham Əliyev “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlər tibb müəssisəsinin direktoru Vasif Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Belə ki, pandemiya ilə əlaqədar fasiləsiz, bazar, bayram günləri işlər təşkil olunur. Tibb bacıları, həkimlər hamı öz işinin öhdəsindən layiqincə gəlir. Tibb müəssisəsinə il ərzində 3 000-ə yaxın xəstə müraciət edir. Doğuş, cərrahiyyi əməliyyat üçün müəssisədə hər cür şərati yaradılıb.

62 min vətəndaşa xidmət göstərən xəstəxana bununla yanaşı digər rayondan olan vətəndaşalara da xidmət göstərir və vətəndaşlar Vasif Əliyevin rəhbərliyindən razılıqlarını dilə gətirirlər. Onlar bildirirlər ki, direktor hər bir xəstə ilə şəxsən maraqlanır. Onların problemlərini dinləyir və müalicəsi ilə yaxından tanış olur.

Qeyd edək ki, Əliyev Vasif Şahin oğlu 2009-ci ildə Azərbaycan Respublikası Tibb Universitetinin Müalicə Profilaktikası fakultəsini bitirib, 2009-cu ildən Aptel 2020-ci il tarixədək Göygöl rayon Mərkəzi Xəstaxanada Cərrah vəzifəsində işləmiş, Aprel 2020- ci il tarixdən Göygöl RMX PHŞ-də Direktor vəzifəsində təyin edilmişdir.

Ədil Ədilzadə