Göygöldə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bayram şənliyi keçirilib. 

Bayram tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, “Qarabağ Əlillərinə Qayğı” İB Göygöl rayon şöbəsinin əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər. 
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıblar. Şəhid ailələri və qazilər göstərilən həssas münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Bayram şənliyində Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara xoş dəqiqələr bəxş edib, həmçinin hədiyyələrlə sevindirib. Sonra təqdim olunan nağıl personajlarının çıxışları şənliyə rəngarənglik qatıb.

Yusif Xancanov,
Göygöl Rayon Ağsaqqalı