Məmmədov Rasim Rafiq oğlu- İdrak Texnoloji Transfer MMC, Elmi Araşdırmalar Departamenti, Enerji sistemlərinin layihələndiriliməsi üzrə mühəndis
Web: https://idrak.az, email: [email protected], mobil: +994552916441
Məqaləni yazmaqda məqsəd yaşıl enerji texnalogiyalarını tətbiq etməklə Xəzər dənizi suyunun şirinləşdirilməsi və ondan suvarma və içməli su kimi istifadəsinin mümkünlüyünü göstərməkdir. Belə ki, bu gün mövcud olan texnalogiyalar imkan verir ki, günəş enerjisindən yararlanmaqla xəzər dənizin suyunu şiriləşdirmək və ondan təsərrüfat məqsədləri üçü istifadə etmək olar. Hesab edirik ki, bu Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə dair yeni yanaşma , alternativ enerji qurğularının yeni işləmə mexanizmlərinin işlənib hazırlanması, İqlim dəyişkənliyinin iqtisadiyyata təsirinin araşdırılması, enerji inno yaxşılaşdırılmasında innavativ ideyadır.
Açar sözlər: duzlu su, günəş enerjisi, dəniz suyu, texiki qurgu
Целью статьи яв ляется демонстрация возможности опреснения воды Каспийского моря и её использования в качестве ирригационной и питьевой воды с применением технологий зелёной энергетики. Таким образом, существ ующие на сегодняшний день технологии позволяют использовать солнечную энергию для опреснения воды Каспийского моря и её использования в хозяйственны х целях. Мы считаем, что это инновационная идея в области энергетических инноваций: новый подход к изменению климата, разработка новых механизмов работы альтернативны х энергетических устройств, изучение влияния изменения климата на экономику и совершенствование энергетических инноваций.
Ключевые слова: соленая вода, солнечная энергия, морская вода, техническое устройство
The purpose of writing the article is to show the possibility of desalinizing the Caspian Sea water and using it as irrigation and drinking water by applying green energy technologies. Thus, the technologies available today allow using solar energy to desalinize the Caspian Sea water and use it for economic purposes. We believe that this is an innovative idea in Energy Innovations: A New Approach to Climate Change, Development of New Mechanisms of Operation of Alternative Energy Devices, Studying the Impact of Climate Change on the Economy, and Improving Energy Innovation.
Keywords: salt water, solar energy, seawater, technical device
GIRIŞ
Bəşəriyyətin yaranması və davamı su üzərində qurulub. Su planetin səthinin
dörddə üçünü əhatə edən yer üzündə ən zəngin ehtiyatlardan biridir. Bununla belə, yer üzündəki suyun təxminən 97%-i okeanlardakı duzlu su, kiçik 3%-i isə şirin sudur. İnsan və heyvan ehtiyaclarının böyük hissəsini təmin edən yerin suyunun bu kiçik faizi yeraltı sularda, göllərdə və çaylarda mövcuddur. Yeganə demək olar ki, tükənməz su mənbələri yüksək duzluluğa malik okeanlardır. Dəniz suyunun duzsuzlaşdırılması ilə su çatışmazlığı problemini həll etmək məqsədəuyğun olardı; lakin duzların dəniz suyundan ayrılması böyük miqdarda enerji tələb edir ki, bu da qalıq yanacaqlardan istehsal edildikdə ətraf mühitə zərər verə bilər. Buna görə də dəniz suyunun duzsuzlaşdırılması üçün ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadəyə ehtiyac var. Duzsuzlaşdırmaya tarixi girişdən sonra, bu yazı dəniz suyunu insanların istifadəsi üçün uyğun olan şirin suya çevirmək üçün istifadə edilən çoxlu sistemləri əhatə edir. O, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə etmək üçün istifadə oluna bilən müxtəlif sistemləri əhatə edir; bunlara günəş kollektorları, fotovoltaiklər, günəş gölməçələri və geotermal enerji daxildir. Həm birbaşa, həm də dolayı toplama sistemləri daxildir. Birbaşa yığım sistemlərinin nümunəvi nümunəsi günəş kamerasıdır. Dolayı toplama sistemləri iki alt sistemdən istifadə edir; biri bərpa olunan enerjinin toplanması, digəri isə duzsuzlaşdırma üçün. Bu məqsədlə standart bərpa olunan enerji və duzsuzlaşdırma sistemləri ən çox istifadə olunur. Yalnız sənaye üsulu ilə sınaqdan keçirilmiş duzsuzlaşdırma sistemləri bu sənədə daxil edilmişdir və onlar çoxmərhələli flaş, çox effektli qaynama və buxar sıxılma və əks osmos və elektrodializ daxil olmaqla membran proseslərini əhatə edən faza dəyişmə proseslərindən ibarətdir. Sənəddə həmçinin duzsuzlaşdırma üçün bərpa olunan enerji mənbələrindən istifadə edən müxtəlif sistemlərin icmalı daxildir. Nəhayət, duzsuzlaşdırma və bərpa olunan enerji sistemlərinin və nəzərə alınmalı olan parametrlərin seçilməsi üçün bəzi ümumi təlimatlar verilir.
Azərbaycanın su ehtiyatları məhduddur
Hazırda dünyada su təchizatı ilə bağlı statistika heç də xoşagələn deyil. Bu da son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə təsirinin getdikcə daha çox hiss olunması ilə əlaqədardır. Bu səbəbdən müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Hətta yaxın dövrdə suyun neftdən baha olacağı söylənilir.
- Hazırda dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir. Daha
doğrusu, bu, dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib.
- Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri bütövlükdə ətraf mühitə, biomüxtəlifliyə birbaşa təsir göstərir. Ümümdünya Meteorologiya Təşkilatının (Azərbaycan 1993-cü ildən bu təşkilatın həqiqi üzvüdür) məlumatlarına əsasən, son 22 ilin 20 ili davamlı temperatur artması ilə müşayiət olunan isti illər hesab edilir. XX əsrin son onilliyi, XXI əsrin birinci və ikinci onillikləri tarixə ən isti onilliklər kimi düşmüşdür. Son 1500 ildə 2006-2024-cü illər ən isti dövrlər olmuşdur. Şühbəsiz, bu dəyişmələr dünyanın su ehtiyatlarına da öz təsirini göstərir. BMT-nin məlumatına görə, dünyada
təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Cənubi Asiya, Yaxın Şərq və Böyük Səhradan cənubdakı Afrika da daxil olmaqla əhalinin sürətli artımı və iqtisadi inkişaf olan regionlarda su sahəsində problem daha kəskindir. Onu da vurğulayaq ki, son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mühüm təsir göstərib.
- Şübhəsiz, bütün bunlar Azərbaycandan da yan keçmir. Ölkəmizin su ehtiyatları
barədə nə deyə bilərik
-Azərbaycan ərazisinin iqlimi qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir. Yəni, hazırda dünyada 33 ölkə su çatışmazlığı ilə bağlı problem yaşayır. Təəssüf ki, ölkəmiz də onların sırasına daxildir. Onu da qeyd edək ki, Azərbaycanın su ehtiyatları məhduddur. Belə ki, ölkəmizdə su ehtiyatları 30,6 kub kilometr ətrafında qiymətləndirilir. Lakin azsulu və çoxsulu illərdə təbii ki bu rəqəm dəyişir. Hazırda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri isə transsərhəd yerüstü sulardan formalaşır.
Su ehtiyatlarımız Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Digər tərəfdən, son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axınları kəskin surətdə azalır, daxili çayların, eləcə də göllərin bir çoxu quruyur.
Yeri gəlmişkən, eyni mənzərə Qarabağ ərazisindən axan çaylarda da müşahidə edilir. Müasir peyk məlumatları, GİS texnologiyası, axımı formalaşdıran fiziki -coğrafi iqlim amilləri nəzərə alınmaqla hazırlanmış “Kompleks su balans metodu”na əsasən müşahidə aparılmayan işğal dövründə ərazi çaylarının müşahidə sıraları bərpa edilmiş, çoxillik axımları qiymətləndirilmişdir. Məlum olmuşdur ki, Qarabağ ərazisinin 1990 -cı ilə kimi movcud olan su ehtiyatları 2,14 km3-dən 1,83 km3-ə qədər azalmışdır.
Onu da vurğulayaq ki, temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin də azalmasına səbəb olub. 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsinin ildə orta hesabla 11 sm azalması göstərilir.
- Belə bir vəziyyətdə su ehtiyatlarımızın azalması nələr vəd edir?
- Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən, qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır.
Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasında 59-cu yerdə qərarlaşıb və orta- yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilmişdir. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesab atına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ildə 5−10 faiz və 2070-ci
ildə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ildə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılır.
- Ölkəmizdə iqlim dəyişmələrindən irəli gələn bu problemdən yan keçmək məqsədilə hansı tədbirlər həyata keçirilir?
- Su problemləri üzrə müvafiq elmi-tədqiqat işlərinin aparılması ölkəmiz üçün həmişə aktual məsələlərdən olmaqla, prioritet elmi tədqiqatlardan hesab edilir. Çünki suvarma əkinçiliyinin, əhalinin suya olan təlabatının üstünlük təşkil etdiyi ölkəmizdə suya olan tələb və təminat arasında böyük fərq vardır. Əhalinin və təsərrüfatın su ilə təminatı, su ehtiyatlarından məqsədyönlü və qənaətlə istifadə tədbirləri Azərbaycan dövlətinin su siyəsətində həmişə prioritet istiqamətlərdən olub. Bu baxımdan ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən imzalanmış 2024-2040-cı illəri əhatə edən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq olunmasını məsələnin həllində kompleks yanaşma prinsipinin göstəricisi hesab etmək olar. 16 illik müddəti əhatə edən Milli Strategiyanın icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən Tədbirlər Planı hazırlanıb. Milli Strategiyada ölkədə su itkilərinin yaranma səbəblərinin aradan qaldırılması ilə əlaqədar bir sıra məsələlərin həyata keçirilməsi vurğulanıb. Məsələn, müasir suvarma üsullarının tətbiqinin genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılması, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatının 85 faizə, suvarma suyu təminatının isə 90 faizə çatdırılması, alternativ su mənbələrindən istifadənin təşviq edilməsi, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Yeri gəlmişkən, qlobal iqlim dəyişikliyi və bunun nəticəsində su ehtiyatlarının azalması, eləcə də sabit su təchizatına artan tələbat kontekstində Azərbaycan müasir texnologiyalara strateji diqqət ayırır. Bu mənada ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk pilot layihə su ehtiyatlarından istifadənin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün yeni perspektivlər açır. 2023-cü ilin aprel ayında Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Hesab edirəm ki, bu Sərəncamın icras ı problemin həllinə yardımçı olacaqdır.
Layihənin ünvanı- seçilmiş şərti ərazi
Dəniz suyunun təmizlənməsi, avtomatlaşdırılmış suvarma sistemi, günəş enerjisi layihəsi

![]() |
Əraziyə düşən günəş radiasiyası hesabatı
|
Project |
Quba - Khachmaz |
|
|
|
|
Location |
Baku - Guba - Russia Motor Highway, Quba - Khachmaz, Azerbaijan |
|||
|
Geographical coordinates |
40.929596°, 49.309387° (40°55'47", 049°18'34") |
|||
|
Time zone |
UTC+04, Asia/Baku [AZT] |
|
|
|
|
Elevation |
-22 m |
|
|
|
|
Map data |
|
|
|
|
|
Direct normal irradiation |
|
DNI |
1231.3 |
kWh/m² |
|
Global horizontal irradiation |
GHI |
1426.4 |
kWh/m² |
|
|
Diffuse horizontal irradiation |
DIF |
670.7 |
kWh/m² |
|
|
Global tilted irradiation at optimum angle |
GTI_opta |
1607.5 |
kWh/m² |
|
|
Air temperature |
|
TEMP |
14.8 |
°C |
|
Optimum tilt of PV modules |
OPTA |
31 |
° |
|
|
Terrain elevation |
|
ELE |
-22 |
m |
|
Monthly averages |
|||
|
|
PVOUT_specific |
PVOUT_total |
DNI |
|
|
kWh/kWp |
kWh |
kWh/m² |
|
Jan |
66.9 |
669 |
65.8 |
|
Feb |
71.1 |
711.5 |
62.5 |
|
Mar |
99.2 |
992.4 |
83.5 |
|
Apr |
118 |
1,179.8 |
101.6 |
|
May |
138.9 |
1,388.8 |
138.5 |
|
Jun |
147.8 |
1,477.6 |
165.4 |
|
Jul |
148.2 |
1,482.1 |
154.2 |
|
Aug |
140.2 |
1,402.2 |
138.6 |
|
Sep |
116.1 |
1,161.4 |
110.6 |
|
Oct |
92.8 |
927.9 |
89.4 |
|
Nov |
70.5 |
704.8 |
71.4 |
|
Dec |
61.3 |
612.8 |
63.5 |
|
Yearly |
1271 |
12710.3 |
1244.9 |
“Azərbaycanın Xəzər dənizi sahil zonasında alternativ enerji mənbələri ilə dəstəklənən dəniz suyunun şirinləşdirilməsi texnologiyalarının tətbiqi və iqtisadi səmərəliliyi”
Xəzər dəizinin suyunun şirinləşdirilməsi üçün bu gün dünyada bir neçə metod var.Bu səbəbdən bildiririk ki, yanaşmalar müxtəlif ola bilər.Bir necəsini n adı aşagıda çəkilir.
- Texnoloji yanaşmalar
-
- “Membran texnologiyaları (Reverse Osmosis) ilə dəniz suyunun şirinləşdirilməsi”
-
- “Termal distillasiya üsulu və onun enerji sərfi”
-
- “Nanotexnologiyaların şirinləşdirmədə tətbiqi”
- Enerji və ekologiya
-
- “Dəniz suyunun şirinləşdirilməsində günəş enerjisinin rolu”
-
- “Külək və günəş hibrid sistemlərinin şirinləşdirmədə tətbiqi”
-
- “Duzlu su tullantılarının ekoloji təsirləri və idarə olunması”
- Regional tətbiq
-
- “Xəzər dənizi suyunun şirinləşdirilməsi potensialı və perspektivləri”
-
- “Azərbaycanın quraq bölgələrində su təminatında şirinləşdirmə zavodlarının rolu”
-
- İqtisadi və sosial aspektlər
-
- “Şirinləşdirmə texnologiyalarının maya dəyərinin müqayisəsi”
-
- “İçməli su təminatında alternativ mənbə kimi dəniz suyunun şirinləşdirilməsi”
Biz bu mövzunu daha çox texnoloji, ekoloji və ya regional baxımdan formalaşdıraq. Bunun üçün aşagıdakı yanaşmalarla mövzunu tam əhatə etmiş oluruq. Bir şərtlə ki çox geniş mövzu olduğu üçün bunlardan birinin üzəridə işləməliyik.
1. Texnoloji mövzular
- “Dəniz suyunun şirinləşdirilməsində membran (reverse osmosis) texnologiyalarının üstünlükləri və məhdudiyyətləri”
- “Günəş enerjisi ilə işləyən distillasiya qurğularının layihələndirilməsi və səmərəliliyi”
- Ekoloji mövzular
-
- “Dəniz suyunun şirinləşdirilməsi prosesində yaranan duzlu tullantıların ekoloji təsirləri və onların azaldılması yolları”
- “Şirinləşdirmə zavodlarının iqlim dəyişikliyi fonunda əhəmiyyəti”
- Regional / Azərbaycan konteksti
-
- “Xəzər dənizi suyunun şirinləşdirilməsi potensialı və Azərbaycanın su təhlükəsizliyində rolu”
- “Azərbaycanın quraq bölgələrində su təminatında alternativ həll kimi dəniz
suyunun şirinləşdirilməsi”
Bu günkü mövzumuz günəş enerjisi ilə işləyən kiçik həcmli dəniz suyu şirinləşdirici qurğunun layihələndirilməsi olacaq
- Giriş
Dünyada içməli su ehtiyatlarının azalması və əhalinin artması dəniz suyunun şirinləşdirilməsini zəruri etmişdir. Enerji sərfi bu texnologiyanın əsas çətinliklərindən biri olduğu üçün alternativ enerji mənbələrinin tətbiqi ön plana çıxır. Azərbaycanın Xəzər dənizi sahil zonasında yüksək günəş radiasiyası mövcuddur və bu, günəş enerjisi ilə şirinləşdirmə layihələrinin reallaşmasını mümkün edir.
- Layihənin məqsədi
- Kiçik miqyaslı (gündəlik 30–40 T içməli su istehsalı) günəş enerjisi ilə işləyən dəniz suyu şirinləşdirici qurğunun layihələndirilməsi.
- Quraq bölgələrdə, kəndlərdə və adalarda ekoloji təmiz su təminatı yaratmaq.
- Şirinləşdirmə üsulu seçimi
Müxtəlif texnologiyalar müqayisə olundu:
- Distillasiya üsulu – çox enerji tələb edir.
- Elektrodializ – yalnız az duzlu sularda effektivdir.
- Reverse Osmosis (RO) – enerji sərfi nisbətən az, məhsuldarlığı yüksəkdir.
Seçilən üsul: RO (membran texnologiyası).
- Qurğunun texniki layihəsi
-
- Enerji təminatı
-
-
- Günəş panelləri: 30-35 kW gücündə.
- Batareya sistemi: gecə və buludlu hava üçün 110-150 kWh akkumulyator.
- İllik günəş radiasiyası: Xəzər boyu Bakı zonasında 1600–1800 kWh/m².
- Günəşli saat =4.6kVt*saat/gün
- Su emalı
-
-
-
- Xəzər suyunun duzluluğu: ~12–13 g/L (orta dünya okeanı ilə müqayisədə daha az).
- Qurğunun məhsuldarlığı: 400 litr/saat.
- Günlük istehsal: 30– 40 T içməli su.
- Su saxlama və paylama
-
-
-
- 30-40 T-lik su çəni.
- Paylama sistemi (kran və ya kiçik şəbəkə ilə).
- Tullantıların idarə olunması
-
-
-
- RO prosesində hər 1 litr şirin suya ~0.3 litr duzlu konsentrat qalır.
- Tullantı duzlu su dərin qatlara yönləndirilir.
-
- İqtisadi hesablamalar
- İlkin quraşdırma dəyəri: 50,000–100,000 USD.
- İllik istismar xərci: 2,000–3,500 USD (membran dəyişikliyi, texniki xidmət).
- İllik istehsal: ~12,500 m³ içməli su.
- 1 m³ suyun maya dəyəri: 0.5–0.8 USD.
- Ekoloji üstünlüklər
- Günəş enerjisindən istifadə → karbon emissiyaları yoxdur.
- Tullantı suyun idarəsi ekoloji normaya uyğun aparıldıqda ətraf mühitə minimal təsir göstərir.
- Nəticə və tətbiq perspektivləri
- Layihə kiçik kəndlər, hərbi hissələr, turizm zonaları, neft platformaları və adalarda istifadə oluna bilər.
- Pilot layihə uğurlu olarsa, daha iri gücdə stansiyaların qurulması mümkündür.
- Azərbaycanın iqlim şəraiti bu tip qurğular üçün əlverişlidir.
Dəniz suyunun şirinləşdirilməsi qurgusu
Xəzər Dənizinin duzlulugu
Xəzər dənizinin suyu okean mənşəlidir, dəniz qədim dövrdə okeanla birləşmiş, Aralıq, Qara və Azov dənizləri ilə birlikdə Para Tetis dənizinin tərkibində olmuşdur. Xəzər dənizinin əlahiddə su hövzəsi kimi yaşı 3–5 milyon il hesab edilir. Xəzər dənizinin suyunun orta duzluğu 12,85 % (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 % — dir). Duzluğun aşağı olması dənizin qapalı olması və çay axımlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır. Şimali Xəzərdə duzluq çay mənsəblərdə 0,1 ‰ — dən Orta Xəzərin sərhədində 12 ‰ — ə, Cənubi Xəzərin şərq sahillərinə doğru isə 13,4 ‰
— ə qədər dəyişir. Ərazinin şimal- şərq və qərb sahilləri boyu daha durulu sular yerləşmişdir.
Xəzər dənizinin dərin hissələrində açıq dənizdə duzluğun orta qiyməti 12,8–12,9 ‰ təşkil edir. Dərinliyə doğru duzluq az dəyişir, təxminən 0,1–0,2 ‰ artır. Qışda Orta Xəzərdə duzluq şimal-qərbdə 11,0 ‰ — dən cənubi-şərqdə 13,4 ‰ — ə qədər artır. Yayda həm Orta, həm də Cənubi Xəzərdə (səthə) duzluq eyni olub, 12.8 −12,9 ‰ təşkil edir, lakin duzluq Orta Xəzərin şərq sahillərində və mərkəzi ərazilərdə 13 ‰ qiymətlərinə qədər artır. Xəzər dənizinin duzluğu şimalda, Volqa çayı hövzəsində, 0,3%- dir, ona görə də Şimali Xəzər tipik şirinsulu dəniz hövzəsi kimi qəbul olunur. Ancaq, cənuba doğru duzluq sürətlə artmağa başlayır və cəmi 100 km məsafədə onun qiyməti 10%-ə çatır. Dənizin qərb hissəsində duzluğun illik orta qiyməti 12.5, şərq hissəsində isə 13,0%-dir. Bəzi hallarda cənub-şərqdə duzluq 13,5%-ə çatır, Qara-Boğaz-Qol körfəzində isə 300%-dən çoxdur. Dənizin duzluğu da mövsümdən asılı olaraq dəyişir. Belə ki, qışda Xəzərin duzluğu artır, yayda isə nisbətən azalır. Buna səbəb qışda Xəzər sularını duruldan Volqa çayının qışda donması və sularının azalmasıdır.
Aşağı ümumi həll olunmuş bərk maddələrə (TDS) malik Xəzər dənizi suyu (< 16,000 mq/L) duzsuzlaşdırma üçün potensial mənbədir, lakin onun tərkibində yüksək səvi yyədə kalsium, maqnezium və bikarbonat qələviliyi var, həmçinin birləşmə nöqtələrində dəmirin icazə verilən miqdarından artıqdır.
Sutka ərzində 30-45 ton suya ehtiyac oldugunu nəzərə alaraq dənizin 16000ppm-ə uyğun avadanlıq dizayn edəcəyik. Biz 1,87 m3/saatı və ya 2,5 m3/saat tövsiyə edirik.
İş prinsipi
Günəş + suyun təmizlənməsi iş prinsipi və funksiyası
- Uzaq ərazilər üçün bir dayanacaq həlli ilə dəniz suyu və duzlu suyun duzsuzlaşdırılması üçün ixtisaslaşmışdır.
- Onlayn monitorinq TDS, PH səviyyəsi, su saxlama qabiliyyəti, suyun keyfiyyətinin qorunması, avtomatik idarəetmə ilə suyun səviyyəsi, təhlükəsiz və yüksək səmərəlilik.
- Böyük miqyaslı enerji saxlama sisteminə ehtiyac yoxdur, asanlıqla sabit qaldırıcı su əldə etmək, suyu təmizləmək, su istehsal etmək və
saxlama suyu.
- Enerjinin idarə edilməsi üçün çoxalma nəzarəti texnologiyası ilə yüksək konvertasiya səmərəliliyi ilə maksimum günəş enerjisindən istifadə edin.
- Tələblərə uyğun olaraq, çoxaltma funksiyası olan bir sistem üçün su və ya enerji təchizatının prioritet təyinatına nail olmaq üçün enerji saxlama modulunu seçin.
- Günəş enerjisinə uyğun olaraq, suyun istehsalını və təmizlənməsini mərhələlərlə optimallaşdırın.
- Sabit su təchizatı ilə mürəkkəb hava şəraitinə uyğunlaşın.
- 24 saatlıq iş vaxtına nail olmaq üçün əlavə hibrid modul.
- Böyük miqyaslı tətbiq üçün çoxgeneratorlu paralel əlaqəyə nail olun.
Gündəlik istehsalı 10m3 olan avadalıgı texniki göstəriciləri
|
S/s |
Avadalın texniki göstəriciləri |
Marka1 |
Marka2 |
Marka 3 |
Marka 4 |
|
1 |
Gündəli istehsal (m3) |
1 |
2.5 |
5 |
10 |
|
2 |
Təklif olunan PV güc (kWp) |
4 minimum |
8 minimum |
15 minimum |
18 minimum |
|
3 |
Maksimum DC girişi(Voc) |
880 |
|||
|
4 |
Mppt giriş |
1 |
|||
|
5 |
Mppt gərginlik(vmp) |
460-800 |
|||
|
6 |
İşçi temperatur |
5-550C |
|||
|
7 |
Enerji saxlanma |
5/10kW*saat |
|||
Günəş panellərinin montaj üsulu(məlumat üçün bildiririk ki, külək potensiallı ərazilərdə külək turbinləri də tətbiq etmək olar).
Günəş enerjisi
Müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş texnologiyaları günəş şüasını fotovoltaik (PV) panellər və ya günəş radiasiyasını cəmləşdirən güzgülər vasitəsilə elektrik enerjisinə çevirir. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.
Günəş enerjisi texnologiyaları
Günəş panelləri işığa həssas yarımkeçirici materiallardan hazırlanmış və ümumi çərçivəyə salınmış bir neçə qatdan ibarət olan fotoelementlər vasitəsilə günəş enerjisini elektrik enerjisinə çevirən qurğulardır. Bu zaman işığın intensivliyi nə qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti də bir o qədər yüksək olar.
Günəş panelləri vasitəsilə günəş enerjisi sabit cərəyan (DC) şəklində istehsal olunur, daha sonra isə bu enerjinin şəbəkəyə inteqrasiyası üçün dəyişən cərəyana (AC) çevirən güc çeviricilərdən - invertorlardan istifadə edilir.
Günəş enerjisi trendləri
Günəş panellərinin ömrü təxminən 30 ildir və istehsalda istifadə olunan materialın növündən asılı olaraq müxtəlif çalarlarda olur.
Son illərdə texnologiyaların, iri həcmli dünya iqtisadiyyatının, rəqabətqabiliyyətli təchizat zəncirlərinin inkişafı və təcrübələrin təkmilləşməsi bərpa olunan enerji mənbələrindən istehsal xərclərində azalma tendensiyasına gətirib çıxarmışdır. Belə ki, mürəkkəb yarımkeçirici fotoelementlərin faydalı iş əmsalının artırılması, günəş elektrik enerjisinin maya dəyərinin daha da azalmasına imkan yaratmışdır.
Təkcə 2010-2020-ci illər arasında sənaye miqyaslı günəş PV-dən əldə olunan elektrik enerjisinin qiyməti 82%, 2019-2020-ci illər arasında Elektrik Enerjisinin Normallaşdırılmış Dəyəri (LCOE) isə 7% azalmışdır. Beləliklə, düşən xərclər 2010- 2019-cu illərdə günəş enerjisinin investisiya dəyərini artırmışdır.
Günəş panelləri vasitəsilə kommersiya miqyasında minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları quraşdırılır. Günəş panelləri evlərin damlarında mini şəbəkələr və ya şəxsi istifadə üçün daha kiçik konfiqurasiyalarda mərkəzləşdirilməmiş şəkildə quraşdırıla bilər. Günəş enerjisi ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrdə elektrik ötürücü xətlərin yaxınlığında yaşamayan insanları elektrik enerjisi ilə təmin etmək üçün kiçik həcmli, mərkəzləşdirilməmiş günəş panellərindən istifadə olunması mümkündür.

![]() |
Çiləmə suvarma sistemi
Günəş Kənd Təsərrüfatı Suvarma
Kənd təsərrüfatı istehsalında ənənəvi enerjidən istifadə çətin elektrik şəbəkəsinin əhatə dairəsi, dizel enerjisi istehsalının qənaətsiz istifadəsi, zəmanətsiz neft tədarükü və hətta daha az enerjiyə qənaət və ətraf mühitin mühafizəsi kimi bir çox problemi üzə çıxarmışdır.
Günəş enerjisi sənayesinin inkişafı və kənd təsərrüfatının suvarılmasının aktual ehtiyacları ilə birlikdə, yüksək çirklənmə və aşağı səmərəli enerji sisteminin ilkin dəyərini tamamilə və ya qismən əvəz etmək üçün çiləmə suvarma avadanlığı üçün günəşdən istifadə böyük bazar dəyəri və sosial əhəmiyyət kəsb edəcəkdir.
Çiləmə suvarma, yetkin günəş enerjisi istehsalından istifadə edir, orijinal enerji sistemini yüksək çirklənmə və aşağı səmərəliliklə əvəz edir, suvarma prosesini asanlaşdırır.

![]() |
Cərgəvi bitkilər
20 sotda cərgələrarası məsafə 0,35 metr
30 sotda cərgələrarası məsafə 1 metr
|
S/s |
Materialın adı |
Ölçüləri |
Sayı və uzunlugu |
Ölçüləri |
Qiyməti |
|
|
1 |
Boru |
75m2 |
100 m |
3.2 |
320 |
|
|
2 |
vana |
2”12x2”12 |
1 |
38 |
38 |
|
|
3 |
Kuplin vana |
75m2 |
1 ədəd |
35 |
|
|
|
4 |
Dirsək |
75x75m2 |
6 ədəd |
10 |
60 |
|
|
5 |
Erkək Adapter |
75m2 x 2,½ |
9 ədəd |
8 |
72 |
|
|
6 |
Te |
75x75x75 te |
4 ədəd |
20 |
80 |
|
|
7 |
Filter Plastik |
2, ½ |
1 ədəd |
250 |
|
|
|
8 |
Tara |
75m2 |
4 ədəd |
6 |
24 |
|
|
9 |
Dişi adapter |
75m2 x 2,½ |
2 ədəd |
8 |
16 |
|
|
10 |
Motor |
2.2kVt30 ton/3.4atm |
1 ədəd |
450 |
|
|
|
11 |
Qidrafon |
2” |
1 ədəd |
200 |
|
|
|
12 |
Genişlənmə çəni |
50l |
1 ədəd |
100 |
|
|
|
13 |
Dəirman çəni |
200l |
1 ədəd |
220 |
|
|
|
14 |
Dərman çəninin aksesuarları |
|
|
50 |
|
|
|
15 |
Dəirman vannası |
75x75 |
1 ədəd |
35 |
|
|
|
16 |
Siqnal klapanı |
2, ½ |
2 ədəd |
270 |
540 |
|
|
17 |
Stansiya |
X-Kor-4 |
1 ədəd |
220 |
|
|
|
18 |
Siqnal kabeli |
|
60 m |
3 |
180 |
|
|
20 |
Damlama Boru (kor) |
|
8 top |
70 |
560 |
|
|
21 |
Damlama Boru deşikli |
0.33 sm |
6000m 15 top |
80 |
120 |
|
|
22 |
Gonta |
16 |
100 ədəd |
0.1 |
10 |
|
|
23 |
Curtaqzi nipel Sovulu |
16 |
100 ədəd |
0.4 |
40 |
|
|
24 |
Mini vana sovumlu |
16 |
100 ədəd |
0.8 |
80 |
|
|
25 |
Drip |
4l |
6000 ədəd |
0.12 |
720 |
|
|
27 |
Cəmi |
|
|
|
|
7 800 |
|
26 |
Digər avadalıqlar |
|
|
|
|
1 000 |
|
28 |
Çən |
35-45 ton |
1 ədəd |
|
|
14 062 |
|
29 |
Dəniz suyun təmizləyici qurgu |
Saatda 2m3 |
1 komplekt |
|
|
30 000 |
|
|
Yekun |
|
|
|
|
52 862 |
Günəş enerjisi ilə işləyən suvarma sisteminin elementləri

![]() |
Müxtəlif layihələrdən görüntülər

![]() |
Qurgunu işə salmaq üçün tələb olunan günəş enerji stansiyasının gücü
|
S/s |
İşin adı |
Gücü |
Saatlıq enerji sərfiyyatı |
Qeyd |
|
1 |
Günəş suyunun təmizlənməsi və dəniz suyunun duzsuzlaşdırılması duzlu suyun içməli suya çevrilməsi |
1-10m3 |
10kw |
|
|
2 |
Çiləmə suvarma sistemi |
|
6kw |
|
|
3 |
Günəş enerji stansiyası |
|
18-20kw |
|
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Maarifçilik və Monnitorinq İçtimai Birliyi İctimai Birliyi tərəfindən icra olunan “Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşma” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.




