8 Noyabr 2020-ci il, Azərbaycanın ən şərəfli səhifələrindən biri, Zəfər Günü kimi tarixə qızıl hərflərlə yazıldı.44 günlük müharibə və 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük anti-terror əməliyyatları, Azərbaycan xalqını dünyaya başqa cür tanıtdı. Beynəlxalq nüfuzunu dəfələrlə artırdı. Bu gün bütün dünya gücləri Azərbaycanla hesablaşır.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun şücaəti, şəhidlərimizin canı, qazilərimizin qanı ilə əldə olunan Zəfər xalqın sınmış qürurunu bərpa etdi. Dünyada bundan böyük xoşbəxtlik ola bilməz.
Əldə olunan qələbə münasibəti ilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını, şəhid ailələrini, qazilərimizi təbrik edirəm.
Hacı Zaur Tarverdiyev