Hafiz Hacıyev Putinə bəyanat verdi

Donetskdə Ukrayna ordusu ilə Rusiya arasında toqquşma baş verdi. Donetskdə vəziyyət son dərəcə gərginləşib və döyüşlər gedir. Rusiyanın xüsusi təyinatlıları bölgədə hərəkətə keçib. Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edir. Amma hücum edən Rusiyadır və ərazi işğal etmək istəyən də Rusiyadır.

Buna görə də Müasir Müsavat Partiyası olaraq Ukraynanın yanında olduğumuzu bəyan edirik. Ukrayna xalqının öz torpaqları uğrunda apardıqları mübarizədən qalib çıxacaqlarını ümid edirik. İşağalçı Rusiya istəyinə nail ola bilməyəcək. Rusiyaya qarşı ən sərt addımlar atılmalı və rus ordusu dayandırılmalıdır.

Partiya olaraq ümid edirik ki, Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək və sanksiyalar dalğavari olacaq. Rusiyaya qarşı mübarizədə Qərb və ABŞ güclərini səfərbər edib. Düşünürük ki, Qərb də, ABŞ da Ukrayna məsələsində çox ciddi aktivlik göstərəcək.

Ukrayna hansısa şəkildə öz ərazilərini azad etməyə çalışır. Hazırda bununla bağlı daxili və xarici faktorlar güclənməkdədir. Ukraynanın Donbası azad etməsi üçün ən uyğun zaman kəsimidir. Ukrayna ordusunun öz torpaqlarını azad edəcəklərini və işğalçıları torpaqlarından qovacaqlarını gözləyirik.

Müasir Müsavat Partiyası bu müharibədə son qədər Ukraynanın yanındadır. Donbas, Luqansk, Krım Ukraynadır!