Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefonla danışıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ankara ilə Aİ arasındakı münasibətləri müzakirə edibər.
Xatırladaq ki, Türkiyə quruma üzv olmaq üçün uzun müddətdir mübarizə aparır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl söyləmişdi ki, rəsmi Ankaranın Aİ-yə üzvlüyünə şərait yaradılacağı təqdirdə Türkiyə də İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcək.