"Neftçi”nin futbolçusu Ruslan Qurbanov icarə əsasında keçdiyi Xorvatiyanın "Hayduk” klubunda rəsmən təqdim olunub. 23 yaşlı futbolçuya Split təmsilçisinin 7 nömrəli forması verilib.
Yeni komandası ilə mövsümün sonunadək çıxış edəcək Qurbanov fikirlərini "Hayduk”un rəsmi saytına açıqlayıb: "Hücumun sivri ucunda çıxış etməsəm də, ön xətdə yer alıram. Lakin daha çox sol cinahda oynamaqdan xoşum gəlir. Lazım gələrsə, hücumun istənilən nöqtəsində də oynamağı bacararam. "Hayduk”un nə qədər böyük klub olduğunu bilirəm. Klub rəhbərliyi mənə inanıb, komandanın heyətinə cəlb edib. Çalışacağam ki, bu etimadı doğruldum”.
Qeyd edək ki, Qurbanov müqavilə ilə məxsus olduğu "Neftçi”də 41 oyunda 8 qol vurub.