Hər birimiz Vətən üçün bir əsgərik

  2020-ci ilin 8 noyabrı da yaşanılmış bir gün idi, ancaq əbədiyyətin cığırdaşı oldu. Azər­bay­can əsgəri təsdiqlədi ki, Tofiq Fikrət demiş, Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır. Azərbaycançılıq erməniliyi, vətənpərvərlik işğalçılığı məğlub etdi. 2020-ciil noybrın 10-da üçtərəfli bəyannamə imzalandı. Ermənistan bu bəyan­na­mə­nin şərtlərinə əməl etmir, Rusiya bu münasibətə ciddi münasibət bildirmir. Er­mə­nistan Kəlbəcər istiqamətində təxribatlar törədir. Bu təxribatlar nəyə xidmət edir? Dərk edilməsi müəmmalar yaradan bir məqamı xatırlyıram: işğal müddətində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın atəşkəsi illərlə müxtəlif istiqamətlərdən müx­tə­lif miqyaslarda poz­ma­sına, Vətən müharibəsində döyüşlərdən uzaq ərazilərə, iri şəhərlərə raket zərbələri endirməsinə susan dünya dövlətləri, beynəlxalq təşkilatlar indi dı susur. Susa-susa ATƏT-in Minsk qrupunun fəalyyətinin bərpa edilməsinə cəhd göstərirlər.

Rusiyanın sülhməramlıları nəyi qoruyur? Nəyi nədən qoruyur? Necə qoruyur? Bu suallara üçtərəfli bəyanatı imzalayan tərəflərdən biri kimi Rusiya da cavab verməlidir.

Bu günün reallıqları başqadır. Məğlub Ermənistanın məğlub ordusunun təxribatlara me­yil­lənməsinin mahiyyəti müharibə meylidir. Ermənistan nəyə ümid edir?..

Ermənistan da, onun indiki xarici siyasətini gizlin-aşkar dəstəkləyən dövlətlər də böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir kəlamını unutmasınlar: “Azərbaycanın dövlət müstəqilliyi əbə­didir, daimidir, dönməzdir”. Həm də ərazi bütövlüyü toxunulmadan...

Gənclərimiz də, yeniyetmələrimiz də ruhən bu fikrin əsgərləridir. Onlar Azərbaycan Res­pub­likasının Prezidenti Cənab İlham Əliyevin istənilən əmrini böyük məsuliyyətlə, dövlətə. dövlətçiliyə sədaqətlə yerinə yatirməyə hazırdır...

Yaşından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir gənc, hər bir yeniyetmə de­yir ki, hər birimiz Vətən üçün bir əsgərik...

 Səbinə XASAYEVA,

Milli Məclisin deputatı