“Heydər Əliyev İli” çərçivəsində Göygöldə növbəti ağacəkmə kampaniyası

Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası Rayon üzrə Təhsil sektoru ilə birgə keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin iştirakı ilə Göygöl şəhər ərazisində keçirilən ağaçəkmə kampaniyasında 600-dən çox şam ağacı əkilib və suvarılıb. Göygöl rayonunda ağacəkmə kompaniyası bundan sonra da davam edəcək.