Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haıcyev İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, diplomat bununla bağlı rəsmi "X" sosial media hesabında paylaşım edib.

"Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə etdik", - paylaşımda qeyd olunub.