Hollivud aktyoru 50 il müddətinə azadlıqdan məhrum edildi

27 yaşlı amerikalı aktyor Kaalan Uoker cinsi təcavüzə görə 50 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 2013-cü ildən başlayaraq o, sosial şəbəkələrdə model olmaq istəyən qadınlarla yazışaraq görüşə çağırıb, onları məşhurlarla tanış edəcəyini vəd edib. Şəxsi görüşdə aktyor xanımlara qarşı cinsi zorakılığa əl atıb.

Məhkəmə sənətçini dörd qadın və üç yeniyetmə qıza təcavüz etməkdə təqsirli bilib. Həbs müddəti ilə yanaşı, Uoker ömrünün sonunadək polisin məlumat bazasında seksual cinayətkar kimi qeydə alınacaq.

Qeyd edək ki, aktyor ekrana ilk dəfə 2018-ci ildə Holli Berri və Deniel Kreyqlə birlikdə “Los-Anceles odda” filmi ilə çıxıb.