Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə ikinci "Mövsüm Səyahət Yarmarkası" layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. 21 fevral tarixində Bakı şəhərində yerləşən "28 mall" ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, "II Mövsüm Səyahət Yarmarkası” 21 fevral, saat 12:00-dan 20:00-dək davam edəcək.