“Azərbaycan tarixi günlərini yaşayır. Qalib Azərbaycanın qalib prezidenti seçkidə olacaq”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 19 dekabr 2023-cü il tarixli iclasında deputat Vüqar Bayramov deyib.
“Son 20 ildə İlham Əliyev tarixi hadisələrə imza atmaqla yanaşı, Azərbaycan xalqını qalib edən ali baş komandandır. Cənab İlham Əliyevin prezidentdiliyinin vacibliyi bir neçə aspektdən önəmlidir. İlham Əliyev torpaqlarımızı azad etdi, minlərlə insan öz ata-baba yurduna qayıtdı. Azərbaycan region və iqtisadi sferada inkişaf edən dövlətdir. Azərbaycan xarici borca görə dünyada ən yaxşı ölkələrdən biridir. 20 ildə həyata keçirilən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatını böyütdü”.