İlham Əliyev və Ərdoğan Zəngilanda görülən işlərlə tanış oldular

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri davam edir.

Sabahinfo.az-ın xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.