Daiçi-Kaşima sualtı dağı kimi tanınan sönmüş sualtı vulkan Yaponiyanın şərq sahillərindən təxminən 40 kilometr aralıda Sakit okean tektonik plitəsində yerləşir. Üç tektonik plitə məhz burada kəsişir: şərqdə Sakit okean plitəsi, cənubda Filippin plitəsi və hər ikisinin qaçılmaz şəkildə altına sürüşdükləri Oxot dənizi plitəsi.
Yeni araşdırmada alimlər bu plitələrdə 40 ildir Yaponiyanı silkələyən mənbə aşkar ediblər - 7 bal gücündə zəlzələlərin səbəbinin dərinliyə batan tektonik plitə üzərində yerləşən sualtı dağ olduğu güman edilir. Məhz bu sualtı vulkanın başqa bir tektonik plitə ilə toqquşmasının şiddətli yeraltı təkanlara səbəb olduğu güman edilir.
Alimlər onu da qeyd ediblər ki, ən güclü zəlzələlərə məhz sualtı vulkan və onun ətrafındakı aktivlik səbəb olub: 1982-ci ildə - 7 bal, 2008-ci ildə - 7 bal; 2011-ci ildə - 7,8 bal.
Komanda bu böyük sunami yaradan zəlzələlərin ən çox ehtimal olunan mənbəyinin sualtı dağın qırılması olduğu qənaətinə gəlib. Eyni zamanda, alimlər etiraf ediblər ki, Daiçi-Kaşima sualtı dağının yaxın gələcəkdə belə bir zəlzələ törədə biləcəyi hələ də aydın deyil. Lakin alimlər hesab edirlər ki, 1920-ci ildən bəri burada təxminən hər 20 ildən bir zəlzələ baş verir. Lakin bu tendensiya 2011-ci ildə, daha əvvəlki zəlzələdən cəmi üç il sonra Yaponiyada yeni güclü zəlzələ baş verəndə pozulub.
Alimlər etiraf ediblər ki, yeni güclü təkanların nə vaxt baş verəcəyini hələ də proqnozlaşdıra bilmirlər.