İngilislər yeni Baş nazirin istefasını tələb edirlər

İngilislər yeni Baş nazirin istefasını tələb edərək Sunak və onun partiyasını etibarsız elan ediblər.

Sabahimfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  Britaniyanın “Mirror” jurnalının oxucuları ölkənin yeni baş naziri Rişi Sunakın bütün vergiləri qaldırmaq qərarına kəskin reaksiya veriblər.

Daha əvvəl "Financial Times"ın mənbələri baş nazir Rişi Sunakın vergiləri artırmaq qərarına gəldiyini yazıb. Bu qərar səlahiyyətlilərin 50 milyard funt-sterlinq büdcə kəsirini doldurmaq istəməsi ilə əlaqədardır ki, bu da təxminən 57,3 milyard dollardır.

Xatırladaq ki, Sunak oktyabrın 25-də Böyük Britaniyanın baş naziri seçilib. Bu, cəmi 45 gün bu vəzifəni icra edən əvvəlki baş nazir Liz Trussun istefasından sonra baş verib.(unikal)