İnklüziv təhsil mühitinin inkişafı

Azərbaycanda inklüziv təhsilin inkişafı: infrastruktur və kadr potensialının gücləndirilməsi əsas prioritetlərdəndir.

Müasir dövrdə inklüziv təhsil bərabər imkanların təmin olunması, sosial ədalətin möhkəmləndirilməsi və hər bir uşağın cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda son illərdə aparılan islahatlar bu sahədə ciddi dönüş yaradıb və inklüziv təhsil prosesinin gücləndirilməsi böyük sürətlə həyata keçirilir.

İlk növbədə, məktəblərin maddi-texniki bazasının yenilənməsi və müasir infrastruktura uyğunlaşdırılması diqqət çəkir. Təhsil müəssisələrində əlçatan mühitin təmin olunması üçün pandusların quraşdırılması, liftlərin istifadəyə verilməsi, xüsusi tədris siniflərinin və resurs otaqlarının yaradılması davam etdirilir. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim prosesinə inteqrasiyasını asanlaşdırır.
Bununla yanaşı, kadr potensialının gücləndirilməsi də inklüziv təhsilin inkişafında mühüm rol oynayır. Müəllimlər xüsusi pedaqogika, psixologiya və fərdi yanaşma bacarıqları üzrə davamlı təlimlərə cəlb olunur. Onların bilik və bacarıqlarının artırılması uşaqların təlimə adaptasiyasını daha səmərəli edir. Həmçinin psixoloq, loqoped, defektoloq və sosial pedaqoqların məktəblərdə fəaliyyət göstərməsi bu prosesin keyfiyyətini yüksəldən amillərdəndir.
Azərbaycanın beynəlxalq təcrübədən yararlanması da bu sahəyə əlavə stimul verir. Müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində layihələr icra olunur, yeni tədris proqramları hazırlanır və inklüziv təhsil mühitinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər görülür.
Nəticə etibarilə, Azərbaycanda inklüziv təhsil həm infrastruktur, həm də kadr potensialı baxımından sürətlə inkişaf edir. Dövlətin məqsədyönlü siyasəti, pedaqoqların peşəkarlığının artırılması və cəmiyyətin bu ideyaya dəstəyi göstərir ki, yaxın gələcəkdə hər bir uşaq, fərdi xüsusiyyətlərindən asılı olmayaraq, təhsildən bərabər imkanlarla yararlana  bilər.

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi 
Dilarə Cəbrayılova