İnşaat materialları mağazasında yanğın - VİDEO

Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-dən Sabahinfo.az-a verilən xəbərə görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın giriş qapısı və içərisində 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.

Ümumi sahəsi 60 kv.m olan mağazanın böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.