Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyi “ Virtual imkanlardan istifadə etməklə insan alveri ilə mübarizə sahəsində maarifləndirmə ” adlı layihəyə start verib.
Layihənin rəhbəri Ramiz Alıyevin verdiyi məlumata görə, layihənin müddəti 2 aydır və əsas məqsədi vitrual platformalarda insan alverinə qarşı mübarizənin təşkil edilməsindən ibarətdir. Onun sözlərinə görə, layihənin icrası zamanı qısametrajlı film çəkiləcək. Film insan alverinə qarşı mübarizə məqsədi ilə lentə alınacaq və senarisi donor təşkilata təqdim olunacaq. Hazırlanan filmin təbliğatı həyata keçiriləcək. Təşkilat öz daxili imkanlarından istifadə edib yotube, facebook, TİK-TOK və digər platformalarda filmin yayımı ilə yanaşı bu istiqamətdə qanunverciliyin tələblərinə və qəbul olunan Milli Fəaliyyət Planına uyğun olaraq iş aparacaq.
R.Aliyev onu da deyib ki, Saxta elanlara inanıb İnsan alverinin qrubanı olma” adlı film eyni zamanda daha geniş arenada təbliğ olunacaq.
R.Alıyev bildirib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bu yöndə sistemli qərarlar qəbul olunur və beynəlxalq təşkilatlar səviyyəsində iş aparılır. Hesabatlar hazırlanır və mövcud vəziyyət təhlil olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.
Bu istiqamətdə həyata keçirilən maarifləndirmə işində aidiyyatı dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də mühüm işlər görür. Vətəndaş cəmiyyəti institutları tərəfindən tədbirlər keçirilir, filmlər çəkilir və buklet, buraşurlar çap olunaraq pulsuz olaraq paylanılır ki, bununda nəticəsində insan alverinə qarşı mübarizə sahəsində ciddi maarifləndirici proseslər həyata keçirilir. İnsan alverinin davamlı və qlobal problem olduğunu nəzərə alıb bu istiqamətdə həyata keçirilən tədbirlərdə davamlılığın qorunması, vətəndaşları daha dərindən maarifləndirmə işinin təşkili aktual olaraq qalmaqdadır.