İnsanı intihara irsi meyllər aparır 

Nəyi təbliq edəcəksən, o çoxalacaq, bu bütün şeylərdə keçərlidir, intiharda bura aiddir. Bu gün intihar edənə haqq qazandıranlar, birmənalı şəkildə intiharı təbliq edirlər, özləridə bilmədən. Bəzi hallarda bir məsələ haqqında danışmaq belə onun təbliğinə xitmət etmiş olur, mənim bu yazımda "təbliq" kimi çıxır müəyyən qədər, o üzdən danışanda, seçəcəyimiz mövzülar, danışdığımız sözlər o qədər kəsərli olmalıdır ki, təbliq etmiş yox, insanları uzaqlaşdırmış olmalıyıq pis əməllərdən. İntihar edən hər bir insanda, onu bu əməlinə sürüklüyən irsi meyllər olmasa mümkün deyil onun intihar etməsi. Bu gün intihar edən müharibə iştirakçılarına görə məmurları günahlandırmaq yanlış düşüncə seçimidir, bu yanaşma intiharların sayını çoxaldacaq. Əslində intihar edənə kimsənin ürəyi yanmır, məmurlara qarşı qərəzli olanlardır ictimaiyyəti qəsdən çaşdıranlar. Birmənalı şəkildə intihar edən müharibə iştirakçılarının ailə üzvlərini günahlandırmaq olar, intihara meylli olanların yalnız ailə üzvlərini maarifləndirmək lazımdır. Ailələsində pozitiv həyat yaşayan, ailələsində xoş münasibət görən şəxs kənarda ən ağır haqsızlıqla da üzləşsə belə, özünə qəsdə meylli olmayacaq. İntihar səviyyəsi həddində insan psixologiyasının pozulması ailədəki münasibətlərə görədir, təbii ki, irsi meyllərdə burada böyük rol oynayır. Önəmli məqam odur ki, irsi meyllər olmasa, heç vaxt insan psixologiyası pozularaq o həddə gəlib çatmayacaq. Bütün davranış və hərəkətlərimiz dədə-babalarımızın hərəkət və davranışları ilə eynidir, hətta danışdıqlarımızda. Ailə üzvləri əksər hallarda etdiyi hansı əməllərlə, etməli olduğu və etmədiyi hansı əməllərlə ailə üzvünü intihar etməyə sürüklədiklərini bilmirlər, bilsələrdə özlərini qınamaq istəmirlər. Müharibə iştirakçılarının intihar etməsinə birmənalı şəkildə nə məmurlar, nədə ki, maddi sıxıntılar səbəb deyildir. Millət olaraq intihar edəni qınamaq, onun ailə üzvlərini qınamaq və maarifləndirmək daha vicdanlı və uğurlu yanaşma olacaq. İntihara səbəblərdən biridə sevgisizlikdir, intihar edən zənn edir ki, yetəri qədər sevilmir, intihara cəhd edəcək sağ qalacaq və bundan sonra seviləcəkdir. İntihar edənlər anlamalıdırlar ki, bu gün əlini bala batırıb digər insanların ağzına salanlar belə layiq olduqları səviyyədə sevilməyə bilirlər. Məmurları qınamaq birmənalı şəkildə yanlışdır, uçuruma aparan yanaşmadır, kökündə qərəz dayanır, bilə-bilə qəsdən ictimaiyyəti çaşdırır kimlərsə öz maraqları naminə. Bu yanaşma qaragüruh dəstələrə sərf edir, çünkü belə olan halda intihar sayının çoxalacağını bilirlər. Dövlətimiz tərəfindən bütün müharibə iştirakçılarına və onunların ailə üzvlərinə böyük qayğı göstərilir və maddi yardımlar olunur, birdəfəlik yardımların və verilən avtomobillərin sayı, tikilən və verilən evlərin sayı hardasa çoxluğundan itirilibdir, aylıq təyin edilən pensiyalarda insanın yaşayışı üçün artıqlaması ilə yetəcək çox yüksək məbləğlərdi. Rəsmi sənədlərə əsasən ən layiqli, artıqlaması ilə dəyərləndirilənlərdi o intihar edənlər. 

Mircalal Mehdiyev
Lənkəran rayon Moğonojoba kənd sakini.